---
description: Üstünlüklərlə dolu bu kartla ürəyincə xərclə,məbləği həmin ay qaytardıqda əlavə heç nə ödəmə.
title: Birbank Star FAQ
image: https://gw-onboarding.kapitalbank.az/v1/media/loan/images/STAR.png
---

Birbank Star kartınız xeyirli olsun!

Birbank Star kartı ilə QR ödənişlərdə 2 qat ƏDV qazana bilərsən. Birinci qat ƏDV “ƏDV geri al” məhsulunun şərtlərinə uyğun olaraq limitsiz qaytarılır. İkinci qat isə yalnız QR ödənişlər üçün keçərlidir və aylıq maksimal qazanc 20 AZN təşkil edir.

Tez-tez verilən suallar

Əlavə məlumatlar

Kredit xəttindən istifadə etsəm, üzərinə nə qədər faiz gələcək?

Birbank Star kartının kredit xəttindən istifadə etdiyin məbləği vaxtında geri ödədikdə heç bir illik faiz hesablanmır.

Nümunə:

Tutaq ki, sentyabrın 1-də kredit xəttindən 500 AZN istifadə etmisən. 30 sentyabra qədər 500 AZN-i geri ödəsən, bu məbləğə nə faiz, nə də istifadə haqqı hesablanacaq.

Tutaq ki, sentyabrın 1-də kredit xəttindən 500 AZN istifadə etmisən, sentyabrın 30-dək isə bu məbləğdən yalnız 300 AZN-i geri ödəmisən. Qalan 200 AZN məbləğə kredit faizi hesablanmayacaq, bu halda 1-10 oktyabr aralığında yalnız 10 AZN aylıq istifadə haqqı ödəməyin kifayətdir.

Kredit xəttindən pul nağdlaşdırsam və ya köçürsəm, komissiya nə qədər olacaq?

Birbank Star kartlarında olan kredit xətti vasitəsilə nağdlaşdırma, köçürmə və kredit ödənişləri kimi müəyyən maliyyə əməliyyatları həyata keçirdikdə 1% (min. 1 AZN) komissiya hesablanır. Hesablanmış komissiya əsas borcun üzərinə əlavə edilir və aylıq istifadə məbləği ümumi borca görə hesablanır.

Nümunə:

Tutaq ki, kredit xəttindən 500 AZN nağdlaşdırma etmisən. Nağdlaşdırmaya 1% komissiya hesablandığı üçün ümumi borcun 505 AZN təşkil edir. Ümumi borcu bu ayın son təqvim gününədək geri ödəsən, əlavə heç nə ödəməyə ehtiyac qalmayacaq. Məbləği geri qaytarmaq alınmasa, növbəti ayın 10-dək sadəcə 20 AZN istifadə haqqı ödəməyin kifayətdir.

Kredit xəttindən istifadə etdiyim məbləğ üzrə güzəşt müddəti varmı?

Birbank Star kartının kredit xəttindən istifadə etdiyin məbləği ayın sonunadək tam şəkildə geri ödəsən, faiz və istifadə haqqı hesablanmır. Lakin kredit xəttindən istifadə etdiyin məbləğ nağdlaşdırma, köçürmə və kredit ödənişləri kimi müəyyən maliyyə əməliyyatlarına aiddirsə, bu əməliyyatlar üzrə istifadə anında 1% (min. 1 AZN) komissiya hesablanır. Bu komissiya güzəşt müddətindən asılı olmayaraq tətbiq olunur. Ay sonunadək tam geri ödənilməyən hər 1-500 AZN aralığındakı borc üçün növbəti ayın 1-10 tarixlərində 10 AZN istifadə haqqı ödənilir.

Nümunə:

Tutaq ki, sentyabrın 1-də kredit xəttindən 400 AZN POS ödənişi etmisən və bu məbləği sentyabrın sonunadək geri ödəməmisən. Bu halda 1-10 oktyabr aralığında 10 AZN istifadə haqqı ödəməyin kifayətdir.

Tutaq ki, sentyabrın 1-də kredit xəttindən 5000 AZN nağdlaşdırmısan. Bu əməliyyata görə dərhal 1% komissiya, yəni 50 AZN tutulur. Ayın sonunadək yalnız 4400 AZN geri ödəmisənsə, qalan 650 AZN üçün 1-10 oktyabr tarixlərində 20 AZN istifadə haqqı da əlavə olaraq ödənilməlidir.

Minimal aylıq ödəniş məbləği necə formalaşır?

Birbank Star kartı üzrə minimal aylıq ödəniş yalnız aylıq istifadə haqqından ibarət ola bilər.

Aylıq istifadə haqqı — kartın kredit xəttindən xərclənən məbləğ ay sonunadək geri ödənmədikdə yaranan sabit aylıq ödənişdir. Növbəti aya keçən hər 1-500 AZN aralığındakı borc üçün aylıq istifadə haqqı 10 AZN təşkil edir.

Minimal aylıq ödənişləri hansı tarix aralığında etməliyəm ?

Hər növbəti ayın 1-dən 10-dək. Ayın 10-u qeyri iş gününə düşərsə, ödənişi növbəti iş gününədək edə bilərsən.

Nümunə:

Tutaq ki, yanvarın 12-də kredit xəttindən 1200 AZN məbləği nağlaşdırmısan və ayın sonunadək istifadə etdiyin bu məbləğdən yalnız 500 AZN-lik hissəni geri qaytarmısan. Bu halda qalan 712 AZN üçün hesablanmış 20 AZN aylıq istifadə haqqı 1-10 fevral aralığında ödənəcək. Lakin fevralın 10-u bazar gününə düşərsə, ödənişi fevralın 11-də, yəni növbəti iş günündə edə bilərsən.

Birbank Star kartının aylıq ödənişi gün ərzində saat 19:00-dək ödənildikdə həmin gün ödənilmiş hesab edilir.

Birbank Star kartının kredit xəttindən istifadə edilmiş məbləğ hər ayın son günü saat 23:59-dək (iş günü olub-olmamasından asılı olmayaraq) geri ödənildikdə isə, aylıq istifadə haqqı hesablanmır. Qeyd edilən vaxtdan sonra həyata keçirilən ödənişlər növbəti iş günü icra edilmiş sayılır (müqavilədə və ya bank tərəfindən digər qayda nəzərdə tutulmayıbsa).

Ödənişləri necə edim?

Birbank tətbiqində, kapitalbank.az və ya birbank.az saytlarında, eləcə də Kapital Bank-ın və ya digər provayderlərin ödəniş terminallarında Birbank Star kartından xərclədiyin məbləği geri qaytara və ya aylıq istifadə haqqını ödəyə bilərsən.

Minimal aylıq ödənişi vaxtında ödəməsəm, nə baş var verəcək? 

Aylıq istifadə haqqının ödəniş vaxtı hər ayın 1-10 tarixləri aralığındadır. Qeyd olunan tarixlərdə ödəniş edilmədikdə gecikmə qeydə alınır. Ödəniş birdəfəyə 10 gündən çox gecikdirilərsə, 11-ci gündə kredit xətti avtomatik bloklanır, borc ödəndikdən sonra isə dərhal blokdan çıxarılır. 

Kredit xəttindən istifadə müddəti ərzində aylıq istifadə haqqı 3 dəfə 10 gündən çox gecikdirilərsə, kredit xətti birdəfəlik sıfırlanır və qalıq borc illik 27% dərəcəsi ilə müqavilə müddətinin sonunadək aylıq bərabər hissələrə bölünür.

Nümunə:

Tutaq ki, 2023-cü ilin 1 yanvar tarixində 100 AZN nağdlaşdırmısan və ayın sonunadək bu məbləği geri ödəməmisən. Bu halda növbəti ayın, yəni fevralın 1-10 tarixləri aralığında 10 AZN aylıq istifadə haqqı ödəməli olacaqsan. Lakin fevralın 20-dək aylıq istifadə haqqını da ödəmirsən və gecikmən birdəfəyə 10 gündən artıq olduğu üçün fevralın 21-də kredit xətti limitin bloklanır.

Kredit xətti limitindən hansı müddət ərzində istifadə edə bilərəm?

Birbank Star kartının müddəti 5 il olsa da, onun kredit xəttindən istifadə müddəti 36 aydır. 

36 ayın sonunda qalıq borc illik 27% dərəcəsi ilə müqavilənin bitmə tarixinə qədər aylıq bərabər hissələrə bölünür. 

Nümunə:

Tutaq ki, Birbank Star kartını 1 yanvar 2023-cü ildə əldə etmisən. Bu halda kartın kredit xəttindən 2025-ci il, dekabrın sonunadək yararlana bilərsən. Müddətin sonunda bankın daxili qaydalarına əsasən yeni kredit xətti ayrılması mümkün olarsa, ondan yenidən 36 ay istifadə edə biləcəksən. Yeni kredit xəttinin açılması mümkün olmazsa, qalıq borcun kredit xətti üzrə müqavilənin bitmə tarixinə qədər annuitet ödəniş üzrə aylıq bərabər hissələrə bölünəcək. 

Kapital Bank-dan taksit kartım və ya nağd kreditim varsa, Birbank Star kartını əldə edə bilərəm?

Bəli, daha əvvəl Kapital Bank-ın hansı məhsulunu əldə etməyindən asılı olmayaraq, Birbank Star kartı sahibi ola bilərsən.

Öz pulumu karta qoysam, xərcləyəndə komissiya ödəyəcəm?

Ay ərzində bütün Birbank kartlarınızdakı şəxsi vəsaitinizdən ümumilikdə 10 000 ₼-dək məbləği yerli bank kartlarına tam komissiyasız köçürə və bankımıza məxsus bankomatlarda nağdlaşdıra bilərsiniz.

Ümumi məbləğ 10 000 ₼-ı keçərsə, bu əməliyyatlar üçün 1% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq. 

Aylıq limit tərəfimizdən hər bir müştəriyə fərdi qaydada təyin olunur. Limit barədə ətraflı məlumatı Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsindən əldə edə bilərsiniz.

Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitindən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulacaq.

Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və bankımıza məxsus bankomatlardan mümkündür.