---
description: Birbank Miles kartı ilə ödəniş edin, millər qazanın və onları istənilən aviabiletə dəyişin.
title: Birbank Miles
image: https://gw-onboarding.kapitalbank.az/v1/media/loan/images/BRML.png
---

## 

![Birbank Cashback](https://gw-onboarding.kapitalbank.az/v1/media/loan/images/BRML.png)

# Birbank Miles

Birbank Miles kartı ilə ödəniş edin, millər qazanın və onları istənilən aviabiletə dəyişin.

Pulsuz

Ünvana çatdırılma

AZN/USD/EUR

Valyuta

60 Ay

Kartın müddəti

Pulsuz\*

Kartın qiyməti

Ayda 30 000-dək

Səyahət milləri

Birbank Miles kartını taksit kartı kimi pulsuz, debet kartı kimi isə 100 AZN ödənişlə əldə edə bilərsiniz.

## Birbank tətbiqində davam edin

Məlumatlarımın doğruluğunu təsdiq edir, kredit öhdəliklərim barədə məlumatları \_ AKB KR \_ -dən sorğu etməyə \_EHP \_ -də qeydiyyatdan keçirməyə və digər məlumat bazalarından məlumatlarımın toplanmasına razılığımı bildirirəm.
* ![](https://cards.birbank.az/az/assets/f1f6a635c4d2353e4660.svg)
* ![](https://cards.birbank.az/az/assets/c1f5f56905149d994498.svg)
* ![](https://cards.birbank.az/az/assets/6d9f848a368cb3d51ae6.svg)

![](https://cards.birbank.az/az/assets/f4edc53207ddd47bb3b0.png)

Davam etmək

[App Store](https://apps.apple.com/us/app/birbank/id1293207342)[Google Play](https://play.google.com/store/apps/details?id=com.competo.umicoloy)

Səyahət milləri

* Birbank Miles debet kartınla ödənişlər etdikdə səyahət milləri qazanacaqsan. Topladığın millərlə isə heç bir əlavə ödəniş etmədən istənilən aviaşirkətdən bilet əldə edə bilərsən.

* Ölkədaxili ödənişlərdə xərclədiyin hər 1 ₼ üçün 1 mil, xarici valyutada etdiyin ödənişlərdə isə hər 2 ₼ üçün 1 mil qazanırsan. Partnyorlarımızda alış-veriş etdikdə daha çox mil qazana bilərsən. Qazandığın millər 2 il ərzində qüvvədə qalır və onların dəyəri 65 mil = 1 ₼ qaydası ilə hesablanır.

* Bir ay ərzində ümumilikdə maksimum 30 000-dək səyahət mili qazana bilərsən. Bu kart ilə həm də “MasterCard Airport Experiences” və “Lounge Key” xidmətlərindən yararlanmaq fürsətin var.

Qalığa illik 2%-dək gəlir

* AZN valyutalı Birbank Miles debet kartındakı vəsaitinin qalığına illik 2%, USD və EUR valyutalı kartlarla isə 0,1% gəlir qazana bilərsən. Qazandığın gəliri “1 ₼ = 65 mil” qaydası ilə millərə çevirərək hər ayın sonu mil balansına köçürəcəyik.

* AZN və USD valyutalı kartlarda 100 000 ₼-dan, EUR valyutalı kartlarda isə 50 000 ₼-dan çox məbləğlərə qalığa gəlir hesablanmır.

Pulsuz çatdırılma

* Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə ünvanını qeyd et, “Wolt” ilə kartını pulsuz çatdıraq. Həmçinin sifariş zamanı sənə yaxın filialımızı seçməklə kartı oradan pulsuz götürə bilərsən.

Köçürmə və nağdlaşdırma

* Birbank kartlarındakı şəxsi vəsaitdən yerli bank kartlarına köçürmə və Kapital Bank bankomatlarında nağdlaşdırma fərdi qaydada təyin olunan limit çərçivəsində həyata keçirilir. Bu limit maksimum 10 000 ₼-dək ola bilər.

* Limiti Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində yoxlaya bilərsən.

* Limiti aşdıqda: köçürmə və nağdlaşdırma — 1% (min. 1 AZN)

* Birbank tətbiqi və Kapital Bank bankomatları vasitəsilə komissiyasızdır.

* Digər bankların bankomatlarında nağdlaşdırma: limitdən asılı olmayaraq 1% (min. 2 AZN) komissiya tutulur

Balansın artırılması

* Bankımıza məxsus “cash-in” tipli bankomatlarda kartına komissiyasız və limitsiz pul yerləşdirə bilərsən. Filiallar, şöbələr və terminallar vasitəsilə isə ay ərzində 3000 ₼-dək vəsaiti balansına komissiyasız artırmaq fürsətin var, 3000 ₼-dan əlavə artırılan məbləğə görə 0.5% komissiya tətbiq olunur.