---
description: Birbank Cashback debet kartı sənə çoxlu bonus və pulsuz nağdlaşdırma imkanı qazandıracaq.
title: Birbank Cashback
image: https://external-onboarding.kapitalbank.az/v1/media/debit/images/BRCB_BLACK.png
---

000

Mobil nömrə

Pulsuz sifariş et

Bol bonus imkanı

* Hər ay təklif etdiyimiz Bir Bonus kateqoriyaları arasından seçim etməklə ödənişlər zamanı çoxlu bonuslar qazana bilərsən.

* Seçdiyin kateqoriyalar üzrə ay ərzində maksimum 100 bonus qazana bilərsən. Partnyorlarımızda alış-verişlərdə isə bonuslar limitsizdir.

Köçürmə və nağdlaşdırma

* Birbank kartlarındakı şəxsi vəsaitdən yerli bank kartlarına köçürmə və Kapital Bank bankomatlarında nağdlaşdırma fərdi qaydada təyin olunan limit çərçivəsində həyata keçirilir. Bu limit maksimum 10 000 ₼-dək ola bilər.

* Limiti Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində yoxlaya bilərsən.

* Limiti aşdıqda: köçürmə və nağdlaşdırma — 1% (min. 1 AZN)

* Birbank kartları arasında köçürmə: Birbank tətbiqi və Kapital Bank bankomatları vasitəsilə komissiyasızdır

* Digər bankların bankomatlarında nağdlaşdırma: limitdən asılı olmayaraq 1% (min. 2 AZN) komissiya tutulur

Pulsuz çatdırılma

* Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə ünvanını qeyd et, “Wolt” ilə kartını pulsuz çatdıraq. Həmçinin sifariş zamanı sənə yaxın filialımızı seçməklə kartı oradan pulsuz götürə bilərsən.

Balansın artırılması

* Bankımıza məxsus “cash-in” tipli bankomatlarda kartına komissiyasız və limitsiz pul yerləşdirə bilərsən. Filiallar, şöbələr və terminallar vasitəsilə isə ay ərzində 3000 ₼-dək vəsaiti balansına komissiyasız artırmaq fürsətin var, 3000 ₼-dan əlavə artırılan məbləğə görə 0.5% komissiya tətbiq olunur.

Birbank Cashback debet kartını əldə edə biləcəyin digər ünvanlar

* Kartı onlayn sifarişlə və ya filiallarımızdan pulsuz, Birbank-ın supermarket, elektronika, restoran, optika və digər partnyor mağazalarından isə 1 ₼ ödənişlə əldə etmək mümkündür. Kartı Birbank tətbiqində eyniləşdirə bilərsən.