---
description: Məlumatlarımın doğruluğunu təsdiq edir, kredit öhdəliklərim barədə məlumatları  _ AKB KR _ -dən sorğu etməyə _EHP _ -də qeydiyyatdan keçirməyə və digər məlumat bazalarından məlumatlarımın toplanmasına razılığımı bildirirəm.
title: Sifariş etmək üçün məlumatları doldur
image: https://cards.birbank.az/assets/images/icons/favicon.png
---

## 

Birbank Umico Premium kartını taksit kartı kimi pulsuz, debet kartı kimi isə 50₼ ödənişlə əldə edə bilərsiniz.

## Birbank tətbiqində davam edin

Məlumatlarımın doğruluğunu təsdiq edir, kredit öhdəliklərim barədə məlumatları \_ AKB KR \_ -dən sorğu etməyə \_EHP \_ -də qeydiyyatdan keçirməyə və digər məlumat bazalarından məlumatlarımın toplanmasına razılığımı bildirirəm.
* ![](https://cards.birbank.az/az/BPUM/assets/f1f6a635c4d2353e4660.svg)
* ![](https://cards.birbank.az/az/BPUM/assets/c1f5f56905149d994498.svg)
* ![](https://cards.birbank.az/az/BPUM/assets/6d9f848a368cb3d51ae6.svg)

![](https://cards.birbank.az/az/BPUM/assets/ebf30f40b4b0f399241a.png)

Davam etmək

[App Store](https://apps.apple.com/us/app/birbank/id1293207342)[Google Play](https://play.google.com/store/apps/details?id=com.competo.umicoloy)

Kart haqqında

* Artıq debet və taksit kartlarını ayrılıqda əldə etməyə ehtiyac yoxdur. Çünki Birbank Umico Premium kartı ilə bu imkanları eyni kartda cəmləmişik.

* Siz kartı sifariş edərkən biz məlumatlarınızı yoxlayırıq, bu adətən bir neçə saniyə çəkir.

* Taksit kartı istəyirsinizsə, yoxlanış bitdikdən sonra sifarişə davam edin. Sizə kredit düşürsə, kartınızda kredit xətti aktivləşəcək.

* Əgər debet kartı sifariş etmək istəyirsinizsə, yoxlanışdan sonra “Debet kartı istəyirəm” düyməsini seçin.

* Kartla Umico bonusları, eləcə də şəxsi vəsaitdən pulsuz köçürmə və nağdlaşdırma kimi imkanlardan faydalana bilərsiniz. Taksit kartı kimi istifadə isə sizə əlavə olaraq 24 ayadək taksit və 63 günədək güzəşt müddəti kimi fürsətlər qazandıracaq.

Ödənişlərdə bol Umico bonusu

* Birbank tətbiqində bonus kateqoriyaları seçərək bu kateqoriyalarda Birbank Umico Premium kartı ilə birdəfəlik ödənişlərinizdən bolluca Umico bonusu qazana bilərsiniz.

* Topladığınız bonusları kartınıza köçürə, Birbank-da, Birmarket-də və ya Umico bonus partnyorlarında xərcləyə, həmçinin Umico Premium abunəliyini ödəmək üçün istifadə edə bilərsiniz.

* Taksit ödənişlərinə, kommunal, mobil, TV, internet, stasionar, məhkəmə, cərimə, istiqraz, vergi, dövlət xidmətləri, poçt, nağdlaşdırma, köçürmə, maliyyə institutu, nəqliyyat, sığorta, parkinq, təhsil, rəqəmsal və mərc oyunlarına bonuslar hesablanmır.

Köçürmə və nağdlaşdırma

* Ay ərzində bütün Birbank kartlarınızdakı şəxsi vəsaitinizdən ümumilikdə 10 000 ₼-dək məbləği yerli bank kartlarına tam komissiyasız köçürə və bankımıza məxsus bankomatlarda nağdlaşdıra bilərsiniz.
* Ümumi məbləğ 10 000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 1% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq.
* Aylıq limit tərəfimizdən hər bir müştəriyə fərdi qaydada təyin olunur. Limit barədə ətraflı məlumat Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində əldə edə bilərsiniz.

* Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitinizdən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür.

* Kartınızın kredit xəttindən nağdlaşdırma və köçürmə etdikdə kredit şərtlərinə uyğun olaraq 1%-dən (min. 1 AZN) 2%-dək (min. 3 AZN) komissiya tutulacaq.

Pulsuz çatdırılma

* Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödəniş etməyəcəksiniz. Sadəcə ünvanınızı qeyd edin, Wolt ilə kartınızı pulsuz çatdıraq. Kartı həmçinin sizə yaxın filialımızı seçməklə oradan da pulsuz götürə bilərsiniz.

24 ayadək taksit, 63 günədək güzəşt müddəti

* Siz Birbank Umico Premium taksit kartının kredit xəttindən iki cür istifadə edə bilərsiniz: taksitli və taksitsiz.

* Taksitli istifadə zamanı Birbank taksit partnyorlarında ödədiyiniz məbləği aylara bölüb, hissə-hissə qaytara bilərsiniz. Çoxsaylı partnyorlarımız 24 ayadək taksit imkanları təklif edir. Bəzi partnyorlarda taksit sayından asılı olaraq müəyyən komissiya tutula bilər.

* Taksitsiz istifadəyə isə kredit xəttindən başqa kartlara köçürdüyünüz, nağdlaşdırdığınız, birdəfəlik ödədiyiniz, bir sözlə, taksitlərə bölmədən istifadə etdiyiniz məbləğlər daxildir.

* Kredit xəttindən edilən nağdlaşdırma, köçürmə və kredit ödənişlərinə görə 63 günədək güzəşt müddəti fərdi qaydada müəyyənləşdirilir.

* Kredit xətti üçün ayrıla biləcək maksimal məbləğ 15 000 AZN-dir. İstər Kapital Bank, istərsə də digər bankdan əməkhaqqı və ya təqaüd alırsınızsa, kredit xətti olan Birbank Umico Premium kartını əldə edə bilərsiniz.

* Müraciət etdikdə yaşınız 18-dən çox, 67-dən az olmalıdır. Kredit xətti ayrılması üçün son iş yerində stajınız minimum 3 ay, ümumi iş stajınız isə minimum 6 ay olmalıdır. Təqaüdçülər üçün isə staj tələb olunmur. Kredit xətti maksimum 59 aylıq təyin oluna bilər.

* Kredit xəttindən taksitlərə bölünmədən istifadə olunmuş məbləğ üçün güzəşt müddəti başa çatdıqda aylıq 1,92%-dən 3.1%-dək kredit faizi hesablanacaq. Kart üzrə digər tariflər barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

* Birbank Birbank Umico Premium taksit kartı üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 25,25%, maks. 43,32%-dir.

Əlavə məlumatlar

* Birbank taksit kartının aylıq ödənişi (gecikdirilmiş borclar da daxil olmaqla) gün ərzində saat 19:00-dək edildikdə həmin gün ödənilmiş hesab olunur. Qeyd edilən vaxtdan sonra həyata keçirilən ödənişlər isə növbəti iş günü icra edilmiş sayılır (müqavilədə və ya bank tərəfindən digər qayda nəzərdə tutulmamışdırsa).

* Birbank taksit kartı üzrə güzəşt müddəti ödənişi isə hər ayın son günü

 \- iş günü olduqda: gün ərzində saat 19:00-dək

\- qeyri-iş günü olduqda: növbəti iş günü saat 19:00-dək edilə bilər. 

* Qeyd edilən vaxtlardan sonra həyata keçirilən ödənişlər növbəti iş günü icra edilmiş sayılır (müqavilədə və ya bank tərəfindən digər qayda nəzərdə tutulmamışdırsa).