---
description: Birbank Platinum Miles debet kartı ilə ödəniş et, millər qazan və onları istənilən aviabiletə dəyiş. Üstəlik bu kartda səni hava limanına və ya hava limanından transfer, Visa Concierge və daha bir çox imkan gözləyir.
title: Birbank Platinum Miles
image: https://external-onboarding.kapitalbank.az/v1/media/debit/images/BMPC.png
---

## 

![Birbank Cashback](https://external-onboarding.kapitalbank.az/v1/media/debit/images/BMPC.png)

# Birbank Platinum Miles

Birbank Platinum Miles debet kartı ilə ödəniş et, millər qazan və onları istənilən aviabiletə dəyiş. Üstəlik bu kartda səni hava limanına və ya hava limanından transfer, Visa Concierge və daha bir çox imkan gözləyir.

Pulsuz

Ünvana çatdırılma

AZN/USD/EUR

Valyuta

36 Ay

Kartın müddəti

99 ₼

Kartın qiyməti

0% Komissiya

Xarici ödənişlərdə

Transfer xidməti

İldə 4 dəfə

#### Sifariş etmək üçün məlumatları doldur

000

Mobil nömrə

Davam etmək

Əsas məlumatlar

Tez-tez verilən suallar

Səyahət milləri

* Birbank Platinum Miles debet kartınla ödənişlər etdikdə səyahət milləri qazanacaqsan. Topladığın millərlə isə heç bir əlavə ödəniş etmədən istənilən aviaşirkətdən bilet əldə edə bilərsən.
* Ölkədaxili ödənişlər zamanı minimum 1 mil qazanmaq üçün 2 ₼ ödəniş etmək lazımdır. Ölkəxarici ödənişlərdə isə hər 1 ₼, 1 mil qazandıracaq. Partnyorlarımızda alış-verişlər daha çox mil qazanmaq imkanı yaradır. Qazandığın millər 2 il ərzində qüvvədə qalır və millərin dəyəri 65 mil = 1 ₼ qaydası ilə hesablanır.
* Bir ay ərzində ümumilikdə maksimum 30 000-dək səyahət mili qazana bilərsən.

Xüsusi üstünlüklər

* Birbank Platinum Miles debet kartı ilə Visa Platinum kart sahiblərinə təqdim edilən bütün imkanlardan yararlana, gündəlik ödənişlərdən səyahətə qədər hər sahədə bol-bol üstünlüklər qazana bilərsən.
* Visa Concierge xidməti, hava limanına və ya hava limanından transfer, seçilmiş biznes zallara giriş, pulsuz isti içkilər, eləcə də mütəmadi olaraq elan edilən xüsusi kampaniyalar və təkliflər hamısı bu kartda cəmlənib.
* Qeyd edək ki, Visa tərəfindən təqdim olunan üstünlüklərdən istifadə edə bilmək üçün son 35 gün ərzində bu kart ilə 500 AZN dəyərində Google Pay və ya Apple Pay ödənişi etmək lazımdır.

Xarici ödənişlərdə 0% komissiya

* İstər xarici alış-veriş saytlarında, istərsə də xarici ölkələrdə alış-veriş zamanı ödənişləri Birbank Platinum Miles debet kartınla komissiyasız edəcəksən.

Qalığa illik 2%-dək gəlir

* AZN valyutalı Birbank Platinum Miles debet kartındakı vəsaitinin qalığına illik 2%, USD və EUR valyutalı kartlarla isə 0,1% gəlir qazana bilərsən. Qazandığın gəliri “1 ₼ = 65 mil” qaydası ilə millərə çevirərək hər ayın sonu mil balansına köçürəcəyik.
* AZN və USD valyutalı kartlarda 100 000 ₼-dan, EUR valyutalı kartlarda isə 50 000 ₼-dan çox məbləğlərə qalığa gəlir hesablanmır.

Pulsuz çatdırılma

* Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə ünvanını qeyd et, “Wolt” ilə kartını pulsuz çatdıraq. Həmçinin sifariş zamanı sənə yaxın filialımızı seçməklə kartı oradan pulsuz götürə bilərsən.

Köçürmə və nağdlaşdırma

* Birbank kartlarındakı şəxsi vəsaitdən yerli bank kartlarına köçürmə və Kapital Bank bankomatlarında nağdlaşdırma fərdi qaydada təyin olunan limit çərçivəsində həyata keçirilir. Bu limit maksimum 10 000 ₼-dək ola bilər.
* Limiti Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində yoxlaya bilərsən.
* Limiti aşdıqda: köçürmə və nağdlaşdırma — 1% (min. 1 AZN).
* Birbank kartları arasında köçürmə Birbank tətbiqi və Kapital Bank bankomatları vasitəsilə komissiyasızdır
* Digər bankların bankomatlarında nağdlaşdırma: limitdən asılı olmayaraq 1% (min. 2 AZN) komissiya tutulur.

Balansın artırılması

* Bankımıza məxsus “cash-in” tipli bankomatlarda kartına komissiyasız və limitsiz pul yerləşdirə bilərsən. Filiallar, şöbələr və terminallar vasitəsilə isə ay ərzində 3000 ₼-dək vəsaiti balansına komissiyasız artırmaq fürsətin var, 3000 ₼-dan əlavə artırılan məbləğə görə 0.5% komissiya tətbiq olunur.

Birbank Platinum Miles kartı nədir və hansı üstünlükləri var?

Birbank Platinum Miles səyahəti sevənlər üçün nəzərdə tutulmuş premium debet kartıdır. Kartla gündəlik alış-verişlər etdikcə mil qazanır, topladığınız milləri aviabiletlərə çevirə bilərsiniz. Kart sahibləri həmçinin hava limanı transferi, Visa imtiyazları və digər xüsusi üstünlüklərdən yararlana bilərlər.

Visa Concierge xidməti nədir?

Visa Concierge Visa Platinum kart sahibləri üçün premium dəstək xidmətidir. Birbank Platinum Miles kart sahibləri səyahət planlaması, rezervasiyalar, tədbirlərin təşkili və müxtəlif gündəlik sorğular üzrə fərdi dəstək ala bilərlər. Xidmətdən Visa Concierge Telegram kanalı vasitəsilə istifadə etmək mümkündür.

Birbank Platinum Miles kartı ilə hava limanı transfer xidməti necə işləyir?

Birbank Platinum Miles kart sahibləri ildə 4 dəfəyə qədər hava limanına və ya hava limanından pulsuz transfer xidmətindən yararlana bilərlər.

Visa imtiyazlarından istifadə etmək üçün hansı şərtlər var?

Visa imtiyazlarından istifadə etmək üçün son 35 gün ərzində (son 5 gün nəzərə alınmadan) Birbank Platinum Miles debet kartı ilə Apple Pay və ya Google Pay vasitəsilə ən azı 500 AZN məbləğində ödəniş etmək lazımdır.

Birbank Platinum Miles kartı ilə əlavə endirimlər və xüsusi təkliflər varmı?

Bəli. Birbank Platinum Miles kartı ilə Apple Pay və ya Google Pay vasitəsilə ödəniş etdikdə Visa tərəfdaşlarının xüsusi təklif və endirimlərindən yararlana bilərsiniz. Bu təkliflərə Costa Coffee-də endirimlər, Sağlam Ailə Tibb Mərkəzində xüsusi imtiyazlar və digər tərəfdaş üstünlükləri daxildir. Kampaniya və təkliflərdə iştirak Visa-nın şərtlərinə əsasən tənzimlənir.

Birbank Platinum Miles kartı ilə millər necə qazanılır və istifadə olunur?

Kartdakı şəxsi vəsaitinizlə etdiyiniz ödənişlərə görə millər aşağıdakı qaydada hesablanır: ölkədaxili əməliyyatlar üzrə hər 2 AZN-ə 1 mil; xarici əməliyyatlar üzrə hər 1 AZN-ə 1 mil. Partnyor mağazalarda əlavə millər də qazanmaq mümkündür. Toplanmış milləri əlavə ödəniş etmədən istənilən aviaşirkətin aviabiletlərinə dəyişmək olar. Konvertasiya məzənnəsi: 65 mil = 1 AZN.

Millərlə bağlı vacib məlumatlar hansılardır?

Birbank Platinum Miles kartı ilə ay ərzində maksimum 30 000 mil qazanmaq mümkündür. Qazanılmış millər 2 il müddətində aktiv qalır.

Birbank Platinum Miles kartı üzrə köçürmə, nağdlaşdırma və xaricdə ödəniş şərtləri necədir?

Birbank kartlarından yerli bank kartlarına şəxsi vəsaitlərin köçürülməsi, həmçinin Kapital Bank bankomatlarından nağd pul çıxarılması fərdi təyin olunmuş limit çərçivəsində komissiyasızdır. Bu limit 10 000 ₼-dək ola bilər və Birbank tətbiqində “Xərcləmə limiti” bölməsində yoxlanıla bilər. Limit aşıldıqda köçürmə və nağdlaşdırma əməliyyatlarına 1% komissiya tətbiq olunur (minimum 1 AZN). Birbank tətbiqi və Kapital Bank bankomatları vasitəsilə Birbank kartları arasında köçürmələr komissiyasızdır. Digər bankların bankomatlarından nağd pul çıxarılması limitdən asılı olmayaraq 1% komissiya ilə həyata keçirilir (minimum 2 AZN/USD/EUR). Xarici alış-veriş saytlarında və xaricdə ödənişləri 0% komissiya ilə etmək mümkündür.