'Birbank' brendi 'Kapital Bank' ASC-nin əmtəə nişanıdır.

Birbank Platinum Miles
Birbank Platinum Miles debet kartı ilə ödəniş et, millər qazan və onları istənilən aviabiletə dəyiş. Üstəlik bu kartda səni hava limanına və ya hava limanından transfer, Visa Concierge və daha bir çox imkan gözləyir.
Pulsuz
Ünvana çatdırılmaAZN/USD/EUR
Valyuta36 Ay
Kartın müddəti99 ₼
Kartın qiyməti0% Komissiya
Xarici ödənişlərdəTransfer xidməti
İldə 4 dəfəBirbank tətbiqində davam edin
Məlumatlarımın doğruluğunu təsdiq edir, kredit öhdəliklərim barədə məlumatları _ AKB KR _ -dən sorğu etməyə _EHP _ -də qeydiyyatdan keçirməyə və digər məlumat bazalarından məlumatlarımın toplanmasına razılığımı bildirirəm.
Əsas məlumatlar
Tez-tez verilən suallar
Səyahət milləri
- Birbank Platinum Miles debet kartınla ödənişlər etdikdə səyahət milləri qazanacaqsan. Topladığın millərlə isə heç bir əlavə ödəniş etmədən istənilən aviaşirkətdən bilet əldə edə bilərsən.
- Ölkədaxili ödənişlər zamanı minimum 1 mil qazanmaq üçün 2 ₼ ödəniş etmək lazımdır. Ölkəxarici ödənişlərdə isə hər 1 ₼, 1 mil qazandıracaq. Partnyorlarımızda alış-verişlər daha çox mil qazanmaq imkanı yaradır. Qazandığın millər 2 il ərzində qüvvədə qalır və millərin dəyəri 65 mil = 1 ₼ qaydası ilə hesablanır.
- Bir ay ərzində ümumilikdə maksimum 30 000-dək səyahət mili qazana bilərsən.
Xüsusi üstünlüklər
- Birbank Platinum Miles debet kartı ilə Visa Platinum kart sahiblərinə təqdim edilən bütün imkanlardan yararlana, gündəlik ödənişlərdən səyahətə qədər hər sahədə bol-bol üstünlüklər qazana bilərsən.
- Visa Concierge xidməti, hava limanına və ya hava limanından transfer, seçilmiş biznes zallara giriş, pulsuz isti içkilər, eləcə də mütəmadi olaraq elan edilən xüsusi kampaniyalar və təkliflər hamısı bu kartda cəmlənib.
- Qeyd edək ki, Visa tərəfindən təqdim olunan üstünlüklərdən istifadə edə bilmək üçün son 35 gün ərzində bu kart ilə 500 AZN dəyərində Google Pay və ya Apple Pay ödənişi etmək lazımdır.
Xarici ödənişlərdə 0% komissiya
- İstər xarici alış-veriş saytlarında, istərsə də xarici ölkələrdə alış-veriş zamanı ödənişləri Birbank Platinum Miles debet kartınla komissiyasız edəcəksən.
Qalığa illik 2%-dək gəlir
- AZN valyutalı Birbank Platinum Miles debet kartındakı vəsaitinin qalığına illik 2%, USD və EUR valyutalı kartlarla isə 0,1% gəlir qazana bilərsən. Qazandığın gəliri “1 ₼ = 65 mil” qaydası ilə millərə çevirərək hər ayın sonu mil balansına köçürəcəyik.
- AZN və USD valyutalı kartlarda 100 000 ₼-dan, EUR valyutalı kartlarda isə 50 000 ₼-dan çox məbləğlərə qalığa gəlir hesablanmır.
Pulsuz çatdırılma
- Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə ünvanını qeyd et, “Wolt” ilə kartını pulsuz çatdıraq. Həmçinin sifariş zamanı sənə yaxın filialımızı seçməklə kartı oradan pulsuz götürə bilərsən.
Köçürmə və nağdlaşdırma
- Birbank kartlarındakı şəxsi vəsaitdən yerli bank kartlarına köçürmə və Kapital Bank bankomatlarında nağdlaşdırma fərdi qaydada təyin olunan limit çərçivəsində həyata keçirilir. Bu limit maksimum 10 000 ₼-dək ola bilər.
- Limiti Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində yoxlaya bilərsən.
- Limiti aşdıqda: köçürmə və nağdlaşdırma — 1% (min. 1 AZN).
- Birbank kartları arasında köçürmə Birbank tətbiqi və Kapital Bank bankomatları vasitəsilə komissiyasızdır
- Digər bankların bankomatlarında nağdlaşdırma: limitdən asılı olmayaraq 1% (min. 2 AZN) komissiya tutulur.
Balansın artırılması
- Bankımıza məxsus “cash-in” tipli bankomatlarda kartına komissiyasız və limitsiz pul yerləşdirə bilərsən. Filiallar, şöbələr və terminallar vasitəsilə isə ay ərzində 3000 ₼-dək vəsaiti balansına komissiyasız artırmaq fürsətin var, 3000 ₼-dan əlavə artırılan məbləğə görə 0.5% komissiya tətbiq olunur.
Birbank Platinum Miles kartı nədir və hansı üstünlükləri var?
Visa Concierge xidməti nədir?
Birbank Platinum Miles kartı ilə hava limanı transfer xidməti necə işləyir?
Visa imtiyazlarından istifadə etmək üçün hansı şərtlər var?
Birbank Platinum Miles kartı ilə əlavə endirimlər və xüsusi təkliflər varmı?
Birbank Platinum Miles kartı ilə millər necə qazanılır və istifadə olunur?
Millərlə bağlı vacib məlumatlar hansılardır?
Birbank Platinum Miles kartı üzrə köçürmə, nağdlaşdırma və xaricdə ödəniş şərtləri necədir?